Riyaziyyat, Fizika və İnformatika fənn aylığı keçirildi

Bakı şəhəri 55 N-li tam orta məktəbin illik fəaliyyət planına əsasən nəzərdə tutulmuş vaxtda, yəni aprel ayında “Riyaziyyat, Fizika və İnfortmatika” fənləri üzrə fənn aylığı keçirildi. Bu ay ərzində məktəbin riyaziyyat, fizika və informatika müəllimləri şagirdlərlə birlikdə silsilə tədbirlər həyata keçirdilər. Bu məqsədlə Azərbaycanda fizika, riyaziyyat sahəsində ilk elmlər doktoru, professor, ilk akedemik Zahid Xəlilovun və azərbaycanlı alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, Amerikadakı Azərbaycan diaspor təşkilatının fəxri sədri Lütfi Zadənin həyat və yaradıcılığı haqqında məlumatları toplayıb, lazımi video yazılar nümayiş etdilər. Maraqlı məlumatlarla əhatə olunmuş divar qəzetləri, fotostendlər hazırladılar. Fəza fiqurlarının modellərini düzəltdilər, riyazi-terminlər haqqında tarixi məlumatlar toplayıb referatlar hazırladılar. Fənn aylığı çərçivəsində məktəbin direktoru tərəfindən hər bir fənn müəlliminin dərsi dinlənildi, TTİ üzrə direktor müavini Həcər Rəhimova ilə birlikdə müzakirə edildi, müəllim və şagirdlərin şəxsi yaradıcılıq qabiliyyətləri aşkar edildi və gələcək fəaliyyət üçün tövsiyyələr verildi. Fənn aylığının sonunda riyaziyyat və informatika müəllimlərinin təşəbbüsü ilə yekun tədbir “Riyaziyyat və informatika gecəsi” keçirildi. Bu tədbirdə məktəbin 5b, 6b,7b, 9a ve 9c sinif şagirdləri fəal iştirak edirdilər. Qürur mənbəyimiz olan üçrəngli bayrağımızı 9a və 9c sinif şagirdlərinin iştirakı ilə tədbirə daxil etdilər. Bayraq bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. “Bayraq gətirmə” mərasimini 9a sinif şagirdi Qəhrəmanov Nicat Ramiz oğlu çox ləyaqətlə yerinə yetirərək, bizim bayrağa olan məhəbbətimizi bir daha sübut şagirdlərin nəzərinə çatdırdılar. Tədbirin aparıcıları 9a sinif şagirdləri Aytən Kərimova və Hüseyn Vahabov Azərbaycanda fizika, riyaziyyat sahəsində ilk akademik Zahid Xəlilov haqqında məlumatları təqdim edərkən, onun Azərbaycanın ikinci Nəsrəddin Tusisi adlandırıldığını bir daha şagirdlərin yadına saldılar. 5b sinif şagirdləri Ümid Hümbətli, Nigar Namazova, Nərminə Bayramlı, Xatirə Feyzullayeva, Aysel Abdulla “Fiqurların söhbəti” adlı şerlə çıxış edərək riyaziyyata olan maraqlarını nümayiş etdirdilər. 7b sinif şagirdləri Səidə Xanbəyli, Qazıyeva Elmira, Dərgahova Aydan, Hüseynli Ramil, Səfərov Nasir, Seyidova Səbinə “Riyazi terminlər” haqqında çıxışları tədbir iştirakçılar tərəfindən böyük məhəbbətlə qarşılandı. Tədbirdə “Həndəsi fiqurların quruıtayı” mövzusunda səhnəcik Əhmədova Fəridə, Əlverdiyev Elvin tərəfindən təqdirəlayıq yüksək ustalıqla təqdim edildi. Fizikadan səsin dalğa şəklində yayılması ilə ələaqadar Səlim və Atlasın çıxışları da çox maraqla qarşılandı. Tədbirdə “cibində neçə manat pulun var?”, “Sənin neçə qardaş, neçə bacın və neçə baban olduğunu deyə bilərəm”, ”Kim Hansı meyvəni götürmüşdür” kimi riyazi oyunlar tamaşaçıların diqqətini daha çox cəlb etdi. Tədbirin sonunda məktəbdə müəllim şagird, müəllim valideyn, valideyn müdiriyyət arasında münasibətləri əks etdirən səhnəcik təqdim edildi. Səhnəciyi göstərən 9a şagirdləri Rəhim Əliyev, Səlim Süleymanov, Hüseyn Vahabov çox məharətlə ifa etdikləri rollarla yadda qaldılar. Ümumiyyətlə tədbir yüksək səviyyədə keçirildi. Şagirdlər riyazi biliklərini, yaradıcılıqlarını, istedadlarını və bacarıqlarını nümayiş etdirə bildilər. Tədbirin yekununda mətəbin tərbiyə işləri üzrə direktor müavini Mətanət Əsgərova və məktəbin direktoru Alı Məmmədov tədbir haqqında öz fikirlərini şagirdlərlə bölüşdü, onlara öz təşəkkürlərini bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi