Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edildi

26 fevral 1992-ci il "Xocalı soyqırımı"günüdür. Məktəbin foyesində Xocalı soyqırımı qurbanları yad edildi. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları haqqında şagirdlərə məlumat verildı. Qeyd edildi ki, bu cinayəti törədənlər layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz.
Sonra şagirdlər Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə abidənin önünə gəldilər. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, abidənin önünə tər çiçəklər qoyuldu.