"Yeniyetməlik dövründə uşaqlarla necə davranmalı" mövzusunda onlayn seminar

Məktəbin psixoloqu Ulduz Mollayeva 7b sinif şagirdlərinin valideynləri ilə "Yeniyetməlik dövründə uşaqlarla necə davranmalı" mövzusunda onlayn seminar keçirdi. Seminarın keçirilməsində məqsəd bu yaş dövrünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə valideynləri məlumatlandırmaqdan ibarət idi. Psixoloq qeyd etdi ki, valideynlər övladlarınının öz dünyasını kəşf edə bilməsi üçün onlara imkan verməli, özlərinə qarşı inam hissi yaratmalıdırlar. Valideynlə övlad arasında bu yaş dövründə hər hansı bir konfliktin baş verməməsi üçün bu məsləhətlərdən yararlanmaq lazımdır.