RFO-nun rayon (şəhər) mərhələsinin nəticələri

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Məktəbimizin 9-cu sinif şagirdləri İsmayılov Nihad Seymur oğlu, Cəfərov Polad Ramin oğlu riyaziyyat, Hacıbəyova Ləman Aqil qızı və Hacılı Mərziyə İsmayıl qızı Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.
Şəhər mərhələsində uğur qazanan şagirdlərimiz respublika mərhələsinin yarımfinal turunda iştirak edəcək. Olimpiadaların təşkil edilməsi belə istedadlı şagirdlərin aşkara çıxarılması, onlarda fənlərə olan marağın artırılması, rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir. Məktəbimizin şagirdlərinə respublika turunda uğurlar arzulayırıq.