Səməd Vurğunun ev muzeyinə ziyarət edildi

Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi ilə bağlı 55 №-li tam orta məktəbdə silsilə tədbirlər keçirilmişdir. Məktəbin 5a və 5c sinif şagirdləri 22.04.2016-cı il tarixdə Səməd Vurğunun ev muzeyini ziyarət etmişdirlər. Muzeyin əməkdaşları şagirdləri eksponatlarla tanış etmiş, şairin həyat və yaradıcılığı haqqında dolğun məlumat vermişdirlər.Şagirdlər və müəllimlər muzeydən xoş təəssüratla qayıtdılar.