Beynəlxalq Ana Dili Günü

Səhər sıra düzülüşündə Beynəlxalq Ana Dili Günü münasibətilə şagirdlərə bu günün yaranması, tarixi haqqında məlumat verildi. İbtidai sinif şagirdləri tərəfindən ana dilinə həsr olunmuş şeirlər səsləndirildi.

Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşmə sədri Telnaz Teymurovanın rəhbərliyi ilə akt zalında bu günə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbir Bəxtiyar Vahabzadənin “Ana dilim” şeiri ilə başladı. Emin Sabitoğlunun “Şirin dil” mahnısı sədaları altında bir çox şeirlər şagirdlər tərəfindən ifa edildi. Ulu öndər Heydər Əliyevin ana dili haqqında söylədiyi kəlamlar və bu haqda verilən sərəncamlar şagirdlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi