Qarabağ qazisi ilə görüş

Şagirdlərin ordu sıralarında xidmətə mənəvi-psixoloji cəhətdən hazırlanmasını təmin etmək məqsədilə məktəbdə Qarabağ qazisi, AAHM-nin məzunu, Azərbaycan Silahlı Qüvvələrində kəşfiyyat bölməsinin kəşfiyyat rəisi vəzifəsində xidmət etmiş, habelə Azərbaycan Silahlı Qüvvələrinin 90, 95, 100 illik yubiley medalı ilə, “Vətən naminə”, “3-cü dərəcəli qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuş kapitan Anar Məmmədov ilə görüş keçirildi. Görüşdə Qarabğ qazisi Anar Məmmədov öz həyat yolundan, müharibə xatirələrindən, Azərbaycan ordusunun qüdrətindən, Azərbaycan əsgərinin keçdiyi çətin və şərəfli yoldan danışdı. Şagirdləri maraqlandıran sualları cavablandırdı. Xüsusi siniflərdə təhsil alan istedadlı şagirdimiz Yunusov Ağaxəlil bu görüşdən xatirə olaraq özünün çəkdiyi “Payız mənzərəsi” adlı rəsm əsərini qaziyə hədiyyə etdi. Sonda xatirə şəkli çəkdirildi.