İdmançı qızlarımız

Fəaliyyət Planına uyğun olaraq şagirdlər arasında idmana marağın artırılması məqsədilə fiziki tərbiyə müəllimi Afət Əkbərovanın rəhbərliyi ilə tədbir keçirildi. Combat ciu-citsu döyüş idman növü üzrə yaşıdları arasında Avropa və dünya çempionu olan 8a sinif şagirdi Baxışlı Xədicə “Azərbaycanın qalib qadın idmançıları” adlı təqdimatla çıxış etdi. 9a sinif şagirdi Məmmədli Fatimə məşğul olduğu karate idman növü və nailiyyətləri haqqında şagirdlərə məlumat verdi. İdmançı qızlar maraqlı idman kompozisiyası ilə şagirdlər qarşısında çıxış etdilər. Tədbirdə uşu-sanda idman növü üzrə 4 dəfə Avropa çempionu, prezident mükafatçısı Elçin Eminov iştirak etdi. O, şagirdlərə idmanda uğur əldə etməyin yolları haqqında danışdı və şagirdləri maraqlandıran suallara cavab verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi