Pedaqoji Şura

I yarımilin yekunlarına həsr olunmuş Pedaqoji Şura keçirildi. Təlim-tərbiyə işləri üzrə direktor müavini Həcər Rəhimova siniflər üzrə I yarımilin hesabatını təqdim etdi. Riyaziyyat müəllimi Jalə Nəsirova onlayn dərslər və onlardan istifadə olunması haqqında Pedaqoji Şuraya məlumat verdi. Fənn olimpiadalarının nəticələri müzakirə olundu. Məktəbin direktoru Sevinc Tahirova Təhsil Nazirliyi tərəfindən Azərbaycan dili, riyaziyyat və xarici dil fənni üzrə V siniflərdə təşkil olunan monitorinqin hesabatı ilə müəllimləri tanış etdi, şagirdlərin bilik səviyyəsini qaldırmaq üçün çıxış yollarını açıqladı.