UEFA U-17 Avropa Çempionatının final mərhələsi keçiriləcək

2016-cı il may ayının 5-dən 21-dək Azərbaycanda UEFA U-17 Avropa Çempionatının final mərhələsi keçiriləcəkdir. 17 yaşlı oğlanlar arasında keçirilən Avropa Çempionatı barədə ətraflı məlumat vermək üçün Yerli Təşkilat Komitəsinin üzvlərindən ibarət qrup və müğənni Röya Ayxan 13 aprel 2016-cı il tarixdə 55 №-li məktəbdə olmuş və məktəbli şagirdlərlə görüşmüşlər. Görüş zamanı turnirə hazırlıq barədə video çarx göstərilmiş və ətraflı məlumat verilmişdir. Daha sonra şagirdlər arasında bu barədə sorğu keçirən Röya Ayxan fərqlənən şagirdlərə hədiyyələr təqdim etmişdir. Tədbirin sonunda Röya Ayxan məktəbli şagirdlərlə xatirə şəkli çəkdirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi