Vətənimizi tanıyaq

Məktəbdə “Vətənimizi tanıyaq” adlı silsilə tədbirlərə start verildi. Məqsəd şagirdlərə Azərbaycanın müxtəlif bölgələrinin tarixi, coğrafiyası, mədəniyyəti və musiqisini dərindən araşdırmaq idi. İlk tədbir Azərbaycanın dilbər guşələrindən olan Qarabağa həsr olunmuşdu. 5a sinif şagirdləri sinif rəhbəri Gülüsüm Hacıyevanın rəhbərliyi ilə Qarabağ bölgəsinin tarixi, coğrafiyası haqqında təqdimatla çıxış etdilər. “Qan yaddaşımız” adlı kompozisiya nümayiş etdirildi. 5b sinif şagirdləri sinif rəhbəri Məhluqə Abbasovanın rəhbərliyi altında “Qarabağ musiqi beşiyimizdir” adlı təqdimatı təqdim etdilər. 5c sinif şagirdləri sinif rəhbəri Ülkər Paşayevaın rəhbərliyi altında “Qarabağ mətbəxi” haqqında maraqlı məlumatlarla çıxış etdilər. Tədbirə dəvət edilmiş valideynlər belə səpkidə tədbirlərin keçirilməsini müsbət hal kimi qiymətləndirib, yalnız övladlarının deyil, özlərinin də maarifləndiklərini bildirdilər.