"Qadın zorakılığına yox deyək" mövzusunda tədbir

3 dekabr tarixində "Qadın zorakılığına yox deyək" mövzusunda tədbir keçirildi. Tədbirin əsas məqsədi qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün şagirdlər arasında geniş təbliğat aparmaqdan ibarət idi. Tədbirdə erkən nigahların qadın zorakılığının əsas səbəblərindən biri olduğu, gənc yaşlarda ailə qurmuş qızların əksər hallarda təhsildən, məktəbdən uzaqlaşdığı və bütün bu halların isə qadın zorakılığına şərait yaratdığı nəzərə çatdırıldı. Şagirdlərin hazırladıqları videoçarx nümayiş olundu. Tədbirin sonunda zorakılığa məruz qalan bütün yaş kateqoriyalarından olan qadınlara tibbi, psixoloji yardımların göstərilməsinin vacibliyi vurğulandı.