Nailiyyətlərimiz

Qran-Pri mükafatı18 fevral 2021-ci il tarixində Qara Qarayev adına 13-16 yaş qrupları üzrə onlayn konkursun nəticələri açıqlandı. Məktəbin 9c sinif şagirdi Əbdüləli Hüseyinli "Fortopiano" nominasiyası üzrə Qran-Pri mükafatına layiq görülmüşdür. Şagirdimizi təbrik edir, təhsil uğurları arzulayırıq.

"Xəmsə möcüzəsi" Beynəlxalq rəsm müsabiqəsinin qalibiTəhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsinə yekun vurulub. Müsabiqənin məqsədi Azərbaycanda və digər ölkələrdə yaşayan gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə incəsənətin müxtəlif sahələri vasitəsilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”sinin süjetləri əsasında orta əsr Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri - tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarət olub. "Bədii qiraət” və “Təsviri-tətbiqi sənət” nominasiyaları üzrə 3 yaş qrupunda (6-9, 10-13, 14-17) keçirilən beynəlxalq onlayn yaradıcılıq müsabiqəsinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Portuqaliyadan olan uşaqlar qatılıb. Müsabiqəyə ümumilikdə 1070 rəsm işi daxil olub. Məktəbimizin VII F sinif şagirdi Aylin Şirəliyeva "Təsviri-tətbiqi sənət" nominasiyası üzrə III yerə layiq görülüb. Şagirdimizi təbrik edir, təhsil uğurları diləyirik!

Sabahın alimləri X Respublika müsabiqəsinin qalibləriMartın 2-sində "Sabahın alimləri”     X respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev bütün qalibləri təbrik edib, hər birinə fəaliyyətlərində uğurlar arzulayıb. Nazir “Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətindən söz açaraq müsabiqənin şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsir göstərəcəyini qeyd edib. "Yeni nəsil maye kristal displeylərin enerji sərfiyyatının azaldılması metodu" mövzusu ilə müsabiqədə iştirak edən məktəbin rus bölməsinin XI sinif şagirdi Məmmədov Əli Ramin oğlu və Azərbaycan bölməsinin X sinif şagirdi Xalıqlı Zəhra Fərhad qızı III yerə layiq görülmüşlər. Qaliblərimizi təbrik edir və təhsil uğurları diləyirik.

HAQQIMIZDA

Bakı şəhəri 53 nömrəli tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 1050 nəfər şagird tutumu üçün tikilib. Ha...

BİZİM FƏXRLƏRİMİZ

Hikmət Quliyev Nüsrət

Rəbiyyə Məmmədzadə Xəyyam

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi