MƏKTƏB QALİBLƏR SIRASINDAFevral ayının 24 də "Sabahın alimləri” Xl Respublika müsabiqəsinin bağlanış mərasimi keçirildi. Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev bütün qalibləri təbrik edərək hər birinə fəaliyyətlərində uğurlar arzuladı. Nazir “Sabahın alimləri” müsabiqəsinin əhəmiyyətindən söz açaraq müsabiqənin şagirdlərin gələcək inkişaf və karyerasına müsbət təsir göstərdiyini qeyd etdi. "Covid-19 virusunu aşkarlayan maye kristal əsaslı termo-sensorlar" mövzusu ilə müsabiqədə iştirak edən məktəbin XI sinif şagirdləri-Aslanlı Zakir Zaur oğlu və Xalıqlı Zəhra Fərhad qızı III yerə layiq görülmüşlər. Qaliblərimizi təbrik edir və təhsil uğurları diləyirik.
Gənc müəllimlər təltif olundu02.02.2022-ci il tarixində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal rayon Komitəsinin təşəbbüsü ilə Gənclər günü qeyd edildi.Tədbirdə Yasamal rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova və Yasamal rayon HİK-nin sədri Rövşən İbrahimli iştirak etdilər.Tədbir ilk olaraq Vətənin azadlığı uğrunda gəncliyindən imtina etmiş şəhidlərin ruhu hörmət və ehtiramla yad edildi.Daha sonra çıxış edən natiqlər təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Cənab Prezidentin uğurla davam etdirilməsindən və gənclərə verilən imkanlardan danışdılar.Tədbirdə "Gənclər Günü"nə həsr edilən videoçarx nümayiş olundu. Sonda müəllim peşələrini layiqincə yerinə yetirməklə yanaşı məktəbin ictimai işlərində fəal iştirakına görə məktənin 3 müəllimi - Mehtiyeva Sevda-Azərbaycan dili müəllimi Miriyeva Aygün-Sinif müəllimi Əliyeva Fəridə -Rus dili və Ədəbiyyatı müəllimi fəxri fərman və hədiyyələrlə təltif olundu.Hər birinə uğurlar arzu edirik.
"Təhlükəsiz internet mühitini yarat" adlı rəsm müsabiqəsiElektron Təhlükəsizlik Xidməti "kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı" çərçivəsində uşaqlar üçün "Təhlükəsiz internet mühitini yarat" adlı rəsm müsabiqəsi elan olundu. Müsabiqədə 10-16 yaş qurupu üzrə şagirdlər iştirak etdi. Münsiflər heyəti tərəfindən seçilən maraqlı və kreativ rəsmlər "Facebook" səhifəsində paylaşıldı və ən çox bəyənmə toplayan ilk 3 rəsmin sahibi- 6c sinif şagirdi Cavadova Burlaxatun Ceyhun qızı, 8ç sinif şagirdi Əlizadə Hüseyn Nizaməddin oğlu, 8b sinif şagirdi Rufulla Ayan Anar qızı qalib olaraq hədiyyə və sertifikatlarla mükafatlandırıldı. Digər iştirakçılar isə 8d sinif şagirdi Məmmədalıyeva Fidan Əli qızı, 6ğ sinif şagirdi Abadzadə Ülkər Ceyhun qızı, 7f sinif şagirdi Məmmədova Həbibə Rəşad qızına isə həvəsləndirmək məqsədi ilə sertifikatlar və mükafatlar təqdim olundu. Bütün iştirakçılara uğurlar arzulayırıq!