Məryəmin uğuruMəktəbin 5j sinif şagirdi Cavadova Məryəm üzgüçülük üzrə “Şən delfin” Bakı şəhəri payız açıq birinciliyində qalib gələrək I yerə layiq görülmüş, diplom və medallarla təltif edilmişdir.
Təbrik edir, uğurlar diləyirik!
FƏXRİ FƏRMANOktabrın 5-də Yasamal Rayon İcra Hakimiyyətində Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib. Tədbirin sonunda məktəbin direktoru Tünzalə Zeynalova Yasamal RİH-nin başçısı Elşad Həsənov tərəfindən təhsildə səmərəli fəaliyyətinə görə Fəxri fərmanla təltif edildi.
Məktəbin direktorunu təbrik edir və fəaliyyətində uğurlar diləyirik!
QIZIL NİŞANAzərbaycan Respublikası Elm və Təhsil nazirinin 25 iyul 2022 ci il tarixli F-460 №-li əmri ilə Sabahın Alimləri XI Respublika müsabiqəsinin qalibi, DİM-in I qrup üzrə blok fənləri qəbul imtahanından maksimum 400 bal toplayan məktəbin Azərbaycan bölməsinin məzunu Aslanlı Zakir Zaur oğlu qızıl nişana və tam orta təhsil səviyyəsi üzrə xüsusi nümunəvi atesttata layiq görülüb.
11 avqust 2022-ci il tarixində Aslanlı Zakir Zaur oğluna qızıl nişan təqdim olunub. Məktəb rəhbərliyi məzunu və valideynləri təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıblar.