Maksimum balBuraxılış imtahanından 282.1 ( 100 bal -riyaziyyat fənni)bal toplayan, Sabahın Alimləri XI Respublika müsabiqəsində lll yer alan Zakir Aslanlı bu dəfə DİM-nin blok fənnləri üzrə maksimum-400 bal toplamışdır. Şagirdimizi təbrik edir təhsil uğurları arzu edirik!
Beynəlxalq olimpiadada I yerRus bölməsinin VII sinif şagirdi Hüseyn Babazadə Sinqapur beynəlxalq riyaziyyat olimpiadasında (SASMO - 2022 )qızıl medala layiq görülmüşdür. Qalib şagirdimiz 2022 ci ilin Dekabr ayında Sinqapurda keçiriləcək İJMO ( İnternational Junior Math Olympiad) da iştirak üçün vəsiqə qazanmışdı. Şagirdimizi təbrik edir, təhsil uğurları diləyirik!
Şuşa ilinə həsr olunmuş Rus dili və ədəbiyyatı üzrə XIV olimpiadanın qalibi2021/2022 ci tədris ilində VII-IX sinif şagirdləri arasında Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasında elan edilmiş Şuşa ilinə həsr olunan Rus dili və ədəbiyyatı üzrə XIV olimpiada keçirildi. Olimpiadada 3500 şagird iştirak edərək 3-cü mərhələdə 30 nəfər şagird qalib oldu. Məktəbin VIII ğ sinif şagirdi Hüseynova Selena qalib olaraq I dərəcəli diplomla təltif edildi. Fənn müəllimi Ilaha Mursalovanı və şagirdimizi təbrik edir,daha yeni uğurlar arzulayırıq.