Nailiyyətlərimiz

"İdman və Ədalətli Oyunlar" mövzusunda rəsm müsabiqəsinin qalibiAzərbaycan Respublikasının Təhsil Nazirliyindən Bakı Şəhər Təhsil İdarəsinə ünvanlanmış Milli Olimpiya Komitəsinin 26.04.21-ci il tarixli 07NK №-li məktubuna əsasən Azərbaycan Milli Olimpiya Komitəsi Ədalətli Oyunlar Komisiyası və "Olimpiya dünyası"qəzetinin birgə təşkilatçılığı ilə aprelin 15-də start götürən "İdman və Ədalətli Oyunlar" mövzusunda rəsm müsabiqəsinə iyunun 15 də yekun vurulub. Müsabiqədə məktəbin 5ğ sinif şagirdi Abadzadə Ülkər 9-16 yaş qrupları üzrə III yerə layiq görülmüşdür. Qaliblər pul mükafatı və diplomla təltif olundular. Müsabiqədə iştirak edən digər iştirakçılara isə sertifikatlar təqdim edildi. Bütün qalib şagirdləri təbrik edir, onlara uğurlar diləyirik.

Layihə qalibiMəktəbin X sinif şagirdi Hüseynzadə Aycan Nicat qızı Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi və Rusiyanın Bakıdakı Mədəniyyət - İnformasiya Mərkəzinin təşkil etdiyi, Nizami Gəncəvi və Puşkin yaradıcılığına həsr olunmuş, "Низами и Пушкин: Величайшие творцы планетарного значения" Ümumrespublika müsabiqəsinin qalibi oldu!   16 iyun tarixində Səfirliyin Mədəniyyət və İnformasiya Mərkəzində mükafatlandırma mərasimi keçirildi. Təşkilatçılar bildirdilər ki, Bakı şəhəri 53 nömrəli tam orta məktəbin şagirdi Aycanın hazırladığı videoreportaj onların diqqətini cəlb edib və münsiflər heyəti tərəfindən birmənalı şəkildə qalib seçilmişdi. Beləliklə, müsabiqədə göstərdiyi yüksək nəticəyə görə məktəbin X g sinif şagirdi Hüseynzadə Aycan Rusiya Federasiyası Hökumətinin dəvəti və təşkilatçılığı ilə bu ilin avqust ayında 10 günlük Moskva səfərinə dəvət olundu. Səfər, "Salam Rusiya" layihəsi çərçivəsində gerçəkləşəcək. Şagirdimizi  təbrik edir, təhsil uğurları diləyirik!

Avropa ölkələri arasında Beynəlxalq İncəsənət Festivalı - l yerMəktəbin Azərbaycan bölməsinin 11 ç sinif şagirdi Cumayev Səadəddin Əkrəm oğlu 15 aprel 2021- ci il tarixində İsraildə keçirilən "Avropa ölkələri arasında Beynəlxalq İncəsənət Festivalı"-nda fleytada Tofiq Quliyevin "Səhər nəğməsi", Cahangir Cahangirovun "Miniatür" əsərlərini ifa etməklə l yerə layiq görülmüşdür. Şagirdimizi təbrik edir, daha böyük səhnələrdə çıxış etməyini arzu edirik!

HAQQIMIZDA

Bakı şəhəri 53 nömrəli tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 1050 nəfər şagird tutumu üçün tikilib. Ha...

BİZİM FƏXRLƏRİMİZ

Məryəm Qədirli -

Cavidan Hümbətzadə Qüdrət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi