Nailiyyətlərimiz

"Vətənin qəhrəman oğulları" videotəqdimat müsabiqəsinin qalibləriBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən "Vətənin qəhrəman oğulları" videotəqdimat müsabiqəsinin qalibləri bəlli olub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VII-IX siniflərində təhsil alan şagirdlər arasında təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq və onların yaradıcı təfəkkürünün inkişaf etdirilməsinə dəstək verməkdən ibarətdir. Müsabiqənin nəticələrinə əsasən, 53 nömrəli tam orta məktəbin şagirdləri IX sinif şagirdi YUSİF QİYASLI və VIII sinif şagirdi NƏRMİN YUSİFZADƏ "Təşəkkürnamə” ilə təltif edilib. VIII b sinif şagirdi ÜMİD QURBANOV isə "Tərifnamə"-yə layiq görülüb. Şagirdlərimizi təbrik edir, onlara təhsil uğurları diləyirik. Videotəqdimatın hazırlanmasında köməklik göstərən müəllim və valideynlərə təşəkkürümüzü bildiririk.

Ekosfera-I yerDekabrın 15-də Birləşmiş Millətlər Təşkilatının inkişaf Proqrami (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), "EkoSfera" SEM-in birgə təşkilatçılığı ilə “BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım" layihəsi çərçivəsində onlayn platformada "Su ehtiyatlarından səmərəli istifadə" mövzusunda vebinar, "iqlim dəyişmələri və əhalinin sağlamlığı" onlayn sosial vloq müsabiqəsi və "Mavi səma üçün təmiz hava" fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi həyata keçirdi. Məktəbin 6b sinif şagirdləri Süleyman Sübhan, Cəfərli Nihad, Mehrəliyev Rauf, Qəribov İsa, Məmmədli Nihad, Məmmədov Elman, Qədimzadə Baxış coğrafiya müəllimi Vəfa Süleymanovanın rəhbərliyi ilə"İqlim dəyişmələri və əhalinin sağlamlığı" onlayn sosial vloq müsabiqəsinin qalibi olaraq respublikada l yerə layiq görüldü. Şagirdlərimizi təbrik edir və uğurlar diləyirik.

Mədəniyyət Nazirliyinin elan etdiyi “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin qalibiIX b sinif şagirdi Fərəcova Yeva "Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi "nin Poeziya janrı üzrə qalib seçilmişdi. Təbrik edir və təhsil uğurları diləyirik!

HAQQIMIZDA

Bakı şəhəri 53 nömrəli tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir. Məktəb bir tipli layihə əsasında 1050 nəfər şagird tutumu üçün tikilib. Ha...

BİZİM FƏXRLƏRİMİZ

Gülay Məmmədova Ədalət

Aydan Humbətzadə Qudrət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi