Məktəb "Kiçik Akademiya"nın rəhbərliyi 8-11-ci sinif şagirdləri ilə görüş keçirdi.

07.10.2019-cu il tarixində 53 №li tam orta məktəbdə fəaliyyət göstərən Məktəb "Kiçik Akademiya"nın rəhbərliyi məktəbin 8-11-ci siniflərində təhsil alan şagirdlərlə görüş keçirdi. Tədbiri giriş sözü ilə MKA-nın prezidenti, tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açaraq şagirdlərə "Kiçik Akademiya" və "Sabahın alimləri" layihəsi haqqında məlumat verdi. Daha sonra MKA-nın sabiq prezidenti və İdarə Heyətinin sədri Orxan Vəliyev çıxış edərək şagirdlərə akademiya haqqında ümumi, ətraflı məlumat verdi. Akademiyanın məqsəd və vəzifələrinə, gələcəkdə keçiriləcək layihələrin mahiyyətinə yaxından bələd olan şagirdlər akademiyaya böyük maraqla yanaşdılar. Daha sonra şagirdlərə maraqlı olan suallar cavablandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi