"Məişət zorakılığı" mövzusunda maarifləndirici söhbət

Yanvarın 8-i məktəbin psixoloqları şagirdləri məişət zorakılığının müxtəlif formaları, səbəbləri və bunun cəmiyyətə təsirləri haqqında məlumatlandırmaq məqsədi ilə 8-9-cu siniflərdə "Məişət zorakılığı" mövzusunda maarifləndirici söhbət aparıb. Şagirdlərə zorakılığın fərdi və ictimai nəticələri, onunla mübarizə yolları və zərərçəkmişlərin müdafiəsi üçün mövcud mexanizmlər izah edilib.
Diskussiya zamanı şagirdləri maraqlandıran suallar ətraflı müzakirə olunub.