“Konstitusiya və Suverenlik İli” haqqında mühazirə
Yanvarın 9–da məktəbin 8a sinfinin sinif rəhbəri Zəhra Nuriyeva şagirdləri ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində “2025–ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi əhəmiyyəti mövzusunda” mühazirə dinləyib.
İlk olaraq məktəbin şagirdləri Mərkəzin muzey bölmələri ilə tanış olub. Mərkəzdə şagirdlərə Ulu öndərin həyatının və ictimai–siyasi fəaliyyətinin müxtəlif dövrlərini, zəngin və çoxşaxəli siyasi irsini, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çox saylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər haqqında ətraflı məlumat verilib.
Sonra isə Yasamal rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Arifə Mustafayeva “2025–ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm tarixi əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış edib. Çıxış şagirdlər tərəfindən maraqla dinlənilib.