İlk dərs
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.08.2019-cu il tarixli, F-531 nömrəli əmrində 2019-2020-ci dərs ili ərzində Təhsil Nazirliyinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioitet fəaliyyət istiqamətləri barədə" 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkminləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və bir sıra digər əlavə tədbirlərin görülməsini nəzərdə tutulmuşdur.
Məktəbdə 2019-2020-ci dərs ilinin məşğələsinin ibtidai siniflər üzrə "İdman və sağlamlıq", V-IX siniflər üzrə "Mütalıə - mənəvi zənginliyə aparan yol", X-XI siniflər üzrə "Azərbaycan inkişaf yollarında" mövzusuna həsr olundu və müvafiq mövzular üzrə tədris ilinin ilk dərs məşğələləri keçirildi.