Bilik Günü
Ölkəmizdə Bilik Günü məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə ölkəmizin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmişdir. Ümumiyyətlə, tarix boyu elmə, biliyə yiyələnmək şərəfli iş hesab olunur. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirirlər. 15 Sentyabr- Bilik Günü 53№-li tam orta məktəbdə də təntənəli şəkildə qeyd olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova tədbiri açıq elan etdi.O,şagirdləri və müəllimləri yeni dərs ili münasibətilə təbrik etdi.Lalə müəllim qeyd etdi ki,Bilik Günü məktəb həyatına qədəm basan birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən , xüsusi qayğı və məmnuniyyətlə , təntənəli şəkildə qarşılanacaqları bir gündür. Onlar əlifba ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata- məktəb həyatına qədəm qoyacaqlar. Bu yolda onlara uğurlar arzuladı. Daha sonra söz məktəbin direktoru Firəngiz Həsənovaya verildi. O, 15 Sentyabr- Bilik Günü münasibətilə gələn qonaqları, valideynləri, şagird və müəllim kollektivini təbrik etdi. təbrik etdi.O qeyd etdi ki, son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir ki, ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. Sonra Firəngiz müəllim 2018-2019-ci tədris ilində 53№-li məktəbin qazandığı uğurlar haqqında məlumat verdi.Bu il məktəbə gələn birinci siniflərə və məktəbi bitirəcək on birinci siniflərə uğurlar arzuladı.
Sonra söz qonaqlara verildi. Milli Məclisin deputatı Elman Nəsirov da şagirdlərin bilik gününü təbrik etdi və onlara uğurlar arzuladı.
Sonra birinci siniflərin hazırladıqları şeirlər, mahnılar dinlənildi, rəqslərə baxıldı.Tədbirin sonunda ilk zəng vuruldu.İlk zəngin sədaları altında şagirdlər sinif otaqlarına daxil oldular.