Cümhuriyyət tariximiz qürurumuzdur.
Bu gün məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi münasibətilə açıq dərs keçirildi. Açıq dərsi məktəbin ingilis dili müəllimi Kəmalə Seyidova apardı. O, şagirdlərə Cümhuriyyətimizin keçdiyi tarix dönəmini xatırlatdı. Müasir Azərbaycan Respublikasının yaranması, hal-hazırdakı inkişaf və çiçəklənmə prosesindən danışıldı. Müəllim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin inkişafı və müasirləşməsi prosesindən danışdı.