Azərbaycan Xalq Cümhuriyyəti
Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi ilə əlaqədar məktəbin Akt zalında "Cümhuriyyətimiz əbədidir!"adlı ədəbi-bədii tədbir keçirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açdı.Sonra söz məktəbin tarix müəllimi Məleykə Əliyevaya verildi.O AXC-nin yaranması onun siyasəti haqqında şagirdlərə dolğun məlumat verdi.
Sonra şagirdlərin hazırladıqları şeirlər səsləndirildi, mahnılar oxundu.
Sonda AXC-nin 101 illik yubileyi ilə əlaqədar hazırlanmış video çarx nümayiş olundu.