Uşaq Hüquqları Konversiyasının Azərbaycan Respublikasında tətbiqi
18 may-18 iyun "İnsan hüquqları aylığı" çərçivəsində bu gün məktəbin konfrans zalında "İnsan Hüquqları Konversiyası" və "Uşaq Hüquqları Konversiyasının Azərbaycan Respublikasında tətbiqi" mövzusunda seminar keçirildi. Seminarda Məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova, tarix müəllimləri Şair Quliyev və Kəmalə Səmədova iştirak etdilər və insan hüquqları haqqında ətraflı məlumat verdilər.
Diskusiya zamanı Aygül Əhmədova, Mədinə Rüstəmova, Eltac Məmmədov, Bovruz Qılıncov , Fərəh Allahverdiyeva və digər şagirdlər fəal iştirak edərək müzakirələrə qoşuldular.