Imadəddin Nəsimi - 650
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında sərəncamı ölkəmizin mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Hesab edirik ki, bu sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir.
Bu gün məktəbin Akt zalında dahi şairimiz İmadəddin Nəsimin anadan olmasının 650illik yubileyi ilə əlaqədar olaraq "İmadəddin Nəsimi-650" adlı ədəbi-bədii gecə keçirildi.Tədbiri məktəbin direktoru Firəngiz Həsənova açıq elan etdi. Sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məleykə Əliyeva şairin yaradıcılığından danışdı.Tədbirdə qomnaq qismində Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin "Əlavə təhsil və pedaqoji təcrübə" şöbəsinin dekanı Məhəmməd İsmayılov, dekan müavini Qorxmaz Mustafayev də iştirak etdi və onlar da Nəsimiirsindən şagirdlərə dolğun məlumat verdilər.
Daha sonra məktəbin istedadlı şagirdlərin ifasında "Nəsimi" filmindən bir froqment nümayiş olundu. Tədbirdə Nəsiminin qəzəlləri şagirdlər tərəfindən söylənildi.
Sonda İmadəddin Nəsimi yaradıcılığı haqqında hazırlanmış video çarx nümayiş olundu.