17 yaşlı azərbaycanlı Cahid Əhmədi Türkiyənin Sabancı Universitetinə 75%-li endirim alaraq qəbul olunub.
Cahid Əhmədinin AzEdu.az-a verdiyi məlumata görə, Sabancı Universitetində “kompüter sahəsi” ixtisası üzrə təhsil alacaq. O bildirib ki, xarici dil imtahanlarına iki il hazırlaşıb:
“Hazırda Yasamal rayon 53 nömrəli tam orta məktəbdə oxuyuram. Xarici dil imtahanlarına iki ildir hazırlaşıram. Onu da qeyd edim ki, IELTS imtahanını verərək 7.5 bal toplamışam. Daha sonra “Celt” xarici dil kursunda hazırlaşaraq SAT 1 imtahanından 1560, SAT 2 “Subject math level” 2-dən 800 bal toplamışam. Əlavə olaraq bildirim ki, 2017-ci ildə Amerikada Genius layihə olimpiadasında iştirak edib, mühəndislik kateqoriyasında üzrə gümüş medal qazanmışam”.
Xatırladaq ki, bir müddət sosial şəbəkələrdə 17 yaşlı Yasin Uğurun Sabancı Universitetindən 56000 dollarlıq təqaüd alacağı xəbəri yayılmışdı. Lakin Yasinin nailiyyəti mediada yanlış rakursda təqdim edildi. Yasinin 56 min dollarlıq bursu qazanması, onun bu məbləğdə təqaüd alması ilə qarışdırılıb.