Məktəb psixoloqunun hesabatı
Məktəbdə sağlam mənəvi-psixoloji mühitin yaradılması üçün dərs ilinin əvvəlindən sinif rəhbərlərinin hər biri ilə söhbətlər apararaq hər sinifdə oxuyan problemli ailələr müəyyən olunmuşdur.Həmin ailələrin övladları ilə mütamadi psixoloji söhbətlə raparılmış , onların narahat edən faktorlar araşdırılmışdır. Belə problemli uşaqlar natamam psixoloji ailələrin övladları arasında üstünlük təşkil edir. Öyrənilən faktorlar yenidən valideynlərlə müzakirə edilərək çıxış yolları müəyyən edilmişdir.
Məktəbdə psixoloji xidmət işini gücləndirmək şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi məqsədilə fevral ayından başlayaraq “Dünya uşaqların gözü ilə”adlı psixoloji tədqiqat layihəsi hazırlanmış və həyata keçirilmişdir. Məktəb müəllimlərinin iştirakı ilə siniflərdə psixoloji söhbətlər aparılmışdır və onların arzu-istəkləri, onları narahat edən səbəbləri bildirmələri üçün xüsusi poçt qutusu qoyulmuşdur.
Bu layihənin nəticəsində psixoloji problem yaşayan şagirdlər müəyyən edilmiş və bu şagirdlərə məktəb müdriyyəti və müəllim kollektivi tərəfindən maddi-mənəvi yardımlar edilmişdir.
Bundan başqa şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri , onların meyil və maraqlarını onlar üçün istiqamətə yönləndirmək üçün psixoloji söhbətlər aparılmış, çətintərbiyə olunan, psixoloji problemli uşaqlar məktəbdə fəaliyyət göstərən , rəsm, müxtəlif idman növləri , rəqs, teatr və s dərhnəklərinə yönəldilmişdir.
Məktəblərdə ən mühim problemlərdən biri də siniflərdə şagirdlər arasında dostluq, əməkdaşlıq bir-birinə qarşı dözümlülük , tolerantlıq hisslərinin yaradılmasıdır.Bu məqsədlə hər həftə siniflərdə iş planı əsasında mənəvi-əxlaqi disputlar aparılır. Onlara riskli davranışlardan uzaq olmaq öyrədilir
Zərərli vərdişlərin insana gətirdiyi ağır faciələrin əyani nümayişi üçün Bakı Uşaq Teatrı məktəbimizə dəvət olunmuşlar.Onlar narkomaniyanın ağır nəticəsindən bəhs edən tamaşanın şagirdlər üçün ifa etmişlər.
Sonda məktəb şagirdləri və aktyor truppasının iştirakı ilə “Narkomaniya gənclər üçün faciədir!” mövzusunda böyük diskussiya keçirilmişdir.
Şagirdləri bəşəriyyətin ağır bəlası sayılan narkomaniya və sərxoşluq kimi pis vərdişlərdən qorumaq məqsədilə vaxtaşırı olaraq məktəbə narkoloq və psixiator mütəxəssislər dəvət olunur.Şagirdlərə bu barədə söhbətlər, görüşlər keçirilir.