"Xaş-xaşın göz yaşları" tamaşası

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-ci il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı" nın müvafiq bəndlərinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyanın “İş Planı”ndan irəli gələn bir sıra vəzifələrin icrasını təmin etmək məqsədi ilə23 aprel  2019-cu il tarixində 53 nömrəli məktəbin akt zalında yazıçı Arzu Soltanın, rejissor İntiqam Soltanın birgə layihəsi olan “Xaş-xaşın göz yaşı” tamaşası VIII-XI sinif şagirdləri arasında göstərildi.Tədbiri məktəbin direktoru F.Həsənova açıq elan etdi. Hadisələr əsasən bir qrup tələbələr arasında cərəyan edir.Universitet tələbəsi olan Duman narkotika aludəçisidir. Atası tərəfindən atılmış Nicat problemlərini unutmaq üçün dostu Dumanın məsləhəti ilə narkotikadan istifadəyə başlayır. Oğlunun narkoman olduğunu öyrənən Nicatın anası infarkt keçirir. Universitetdə təlimçi tərəfindən Narkomaniya və QİÇS haqqında maarifləndirilən tələbələr QİÇS-dən analiz verməyi qərara alırlar. Analizin cavabları alındıqdan sonra Nicatın QİÇS-ə yoluxduğu məlum olur. Bütün bu hadisələrin mərkəzində dayanan Dumanın narkoman olmasına səbəb isə uşaqlıqdan valideynləri tərəfindən düzgün başa düşülməməsi, bu haqda maarifləndirilməməsidir. Valideynlərinin yalnış münasibəti isə Dumanın pis yola düşməsinə təkan verir. Hətta narkoman qardaşını pis vəziyətdə qoyub gedən Naza xanım oğlu Dumanı da qoruya bilmir. Xaş-xaşın göz yaşı” tamaşası Avropa Şurasının Pampidou Qrupu tərəfindən narkotiklərə qarşı mübarizədə gənclərin fəal iştirakı ilə həyata keçirilən innovativ layihə olaraq tanınıb və 80 layihə arasında ilk üçlüyə düşmüşdür. Bu, AİDS mövzusunda Azərbaycanda hazırlanmış ilk maarifləndirici teatr tamaşasıdır. Tamaşa Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin sifarişi ilə hazırlanıb. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurdugu faciələr, AIDS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi