Oxu günü

"Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkminləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası təhsil nazirinin 16 dekabr 2014- cü il tarixli 1279 nömrəli əmrinə əsasən şagirdlərə mütaliə vərdişlərinin aışlanması və kitabın təbliği istiqamətində "Oxu Günü" tədbiri 21 aprel tarixində keçirildi. 53№-li tam orta məktəbin bir qrup şagirdı məktəbin tərbiyə işləri üzrə direktor müavini  Lalə Nəsirova ilə birlikdə tədbirdə iştirak etdi. Tədbir şagirdlərin böyük marağına səbəb oldu. Tədbirdə nümayiş olunan Azərbaycanın dahi yazıçısı Məhəmməd Füzulinin, dramaturq Mirzə Fətəli Axundovun, Mikayıl Müşfiqin və bölgələrimizi təmsil edən stentlər şagirdlərin çox xoşuna gəldi. Şagirdlər xoş təsuratla oradan ayrıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi