Peşəyönümlülük
Şagirdlərə peşə anlayışının başa düşülməsi mərhələsini açıqlamaq lazımdır. Peşələr dünyası haqqında konkret əyani təsəvvürlər 2-3 yaşlardan başlayır və yeniyetməliyə qədərki dövrə qədər davam edir (10-12 yaş). İnkişaf prosesində uşaq öz şüurunu peşələr dünyası haqqında müxtəlif təsəvvürlərlə zənginləşdirir. O, böyükləri müşahidə edərək simvolik formada sürücünün, tibb bacısının, müəllimin hərəkətlərini yamsılamağa çalışır. İbtidai sinifdə peşə fəaliyyətinin bəzi elementlərini başa düşmək şagird üçün çətindir, ancaq hər bir peşədə elə bir sahə vardır ki, onu əyani obrazlar, həyatdan, tarixdən, maraqlı hadisələrdən götürülmüş situasiyalar, böyüklərin söhbətləri əsasında təsəvvür etmək mümkündür. Məhz ona görə peşə dünyası haqqında olduqcarəngarəng düşüncələr palitrası yaratmaq vacibdir ki, gələcəkdə bu materiallar əsasında şagird peşə aləmini analiz edə bilsin. Uşaq nə qədər çox peşə ilə tanış olsa, onun peşə dünyası haqqında təsəvvürü nə qədər geniş olsa, gələcəkdə bir o qədər ixtisasplanlaşdırmasında az səhvlər edər. Beləliklə, ibtidai siniflərdə peşə seçimi işinin əsas məsələsi uşağın peşələr haqqında təsəvvürlərini böyüklərlə ünsiyyət prosesində genişləndirməkdir. İbtidai siniflərdə keçirilən peşə seçimli məşğələlərin əsas məzmun və strukturukiçikyaşlı məktəblilərin yaş xüsusiyyətləri ilə müəyyən edilir. Məktəbdə təhsilin başlanğıcında söz-məntiq düşüncəsi formalaşır ki, bu da sözlərlə əməliyyat aparmaq, fikir məntiqini anlamaq, öz nöqteyi-nəzərini arqument etmək deməkdir.