31 Mart soyqırımı
Bu gün məktəbin Akt zalında 31 Mart azərbaycanlıların soyqırımı ilə əlaqədar olaraq "Qanlı 31 Mart" adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra həlak olan şəhidlərimizin rhu bir dəqiqəlik sükutla anıldı.
Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açıq elan etdi. Məktəbin tarix müəllimi Şair Quliyev Mart soyqırımı hadisələri haqqında şagirdlərə dolğun məlumat verdi və xalqımızın başına gətirilən bu müsibətlərin heç zaman unudulmayacağını, daim yaddaşımızda qalacağını və gələcək nəsillərə də ötürüldüyünü və ötürüləcəyini vurğuladı. Sonra tədbir 31 Mart azərbaycanlıların soyqırımı ilə əlaqədar olaraq məktəbin şagirdlərinin hazırladıqları ədəbi- bədii gecə ilə davam etdi
Sonda 31 Mart azərbaycanlıların soyqırımı ilə əlaqədar olaraq hazırlanmış videoçarx nümayiş olundu.