Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması
Bu gün məktəbin konfrans zalında "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması" mövzusunda "Dəyirmi masa"keçirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açdı. Sonra məktəbin tarix müəllimləri Şair Quliyev və Esmiralda Zülfüqarova çıxış etdi və şagirdlərə ölkə başçısının gördüyü işlər haqqında məlumat verdilər. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi ölkə başçımızın uzaqgörən siyasətinin nəticəsidir.
Sonda şagirdlərə ölkə başçısının ölkəmizin inkişafı üçün həyata keçirdiyi işlər haqqında hazırlanmış videoçarx nümayiş olundu.