Gözəl və saf əxlaq, mərhəmət və şəfqət
Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha təkminləşdirilməsi ilə bağlı tədbirlər haqqında Təhsil Nazirliyinin 2019-cu il Fəaliyyət planına əsasən, İslam dinin humanist mahiyyətli, sülh, əmin - amanlıq, gözəl və saf əxlaqa, mərhəmət və şəfqətə, müxtəlif mədəniyyət və dəyərlərə dözümlülüyə, elmə və inkişafa çağırış dini olması, dini fanatizmin , dini radikal meyillərin, məzhəb ayrı-seçkiliyinin zərərli nəticələri, dini hadisə, mərasim və bayramların sosial-
ictimai və nəvi mahiyyəti, islamın görkəmli şəxsiyyətlərinin mənəviyyat, vətən təəssübü, elm, təhsil haqqında ibrətamiz fikirləri, dini xurafat ehkamçılıq və cəhalətin tənqidinə həsr olunmuş ədəbi əsərlərin oxusu və müzakirəsi ilə bağlı məktəbin akt zalında tədbir keçirildi. Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açdı. Sonra məktəbin tarix müəllimi Məleykə Əliyeva mövzu haqqında şagirdlərə məlumat verdi. Sonra şagirdlərin hazırladıqları məruzələr dinlənildi. Xədicə Əsgərova Qurandan ayələr, İmadəddin Nəsiminin qəzəlini əzbər söylədi və Yunis Əmrənin din haqqında kəlmələrini səsləndirdi.Elnarə Əliyeva “Gözəl və saf əxlaq, mərhəmət və şəfqət” adlı məruzəsini söylədi
Mədinə Rüstəmli “Dini bayramların mənəvi və sosial-ictimai əhəmiyyəti” adlı məruzəsini söylədi.