Dünya uşaqların gözü ilə

1 mart 2019-cu il tarixində 53№-li tam orta məktəbdə tərbiyəvi iş planına əsasən yeni layihəyəyə start verildi. "Dünya uşaqların gözü ilə" layihəsinin məqsədi insanların, o cümlədən valideynlərin virtual aləmdən asılı olduğu bir dövrü yaşayırıq. bu səbəbdən uşaqlara ailədə daha az vaxt ayrılır. Onların hisslərini bölüşəcək birisinə ehtiyacları vardır. Bu məqsədlə məktəbimizdə guşə ayrılıb və orada poçt qutusu yerləşdirilib. Şagirdlər demək istədiklərini esselər şəklində yazıb bu qutuya yerləşdirə biləcəklər. Məktublar nümayiş etdiriləcək, diqqət çəkən fikirlər "Epizodlar guşə"sində yerləşdiriləcək Sonra bu guşədə toplanmış informasiyalar təhlil olunacaq, uşaqların iç dünyası (yaş psixoloji yaşı nəzərə alınlaqla) daha Dərindən öyrəniləcək. Layihənin rəhbəri - məktəbin coğrafiya müəllimi Vəfa Süleymanovadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi