Xocalı soyqırımı qan yaddaşımızdır
Bu gün məktəbin Akt zalında Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə "Xocalı soyqırımı qan yaddaşımızdır" adlı ədəbi-bədii gecə keçirildi. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri məktəbin tarix müəllimi Şair Quliyev açdı.O qeyd etdi ki, cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.
Sonra şagirdlərin hazırladıqları kompozisiyaya baxıldı.