Ana dilim

   Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.

   21 fevral - Ana dili günü ilə əlaqədar məktəbin Akt zalında "Ana dilim, şirin dilim!" adlı tədbir keçirildi.Azərbaycan Respublikasının Dövlət  Himni səsləndikdən sonra  tədbiri  məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açıq elan etdi.Sonra məktəbin direktoru bu günün əhəmiyyətindən danışdı. Şagirdlərin hazırladıqları şeirlər  alqış sədaları altında dinlənildi, mahnılara qulaq asıldı, rəqslərə baxıldı.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi