Şaqan 1 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə ziyarət
Şaqan 1 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evi xüsusi qayğıya ehtiyac duyan əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada uşaqlar daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi və reabilitasiya xidməti ilə təmin olunurlar. 200 yerlik internat evində hazırda 138 nəfər uşaq yaşayır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə internat aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra bu müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal yaşayışı və onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şərait yaradılıb. İnternat evində yataq və qidalanma şəraiti, müasir avadanlıqlarla və dərman preparatları ilə təmin edilmiş, bir sıra mühüm prosedurların həyata keçirildiyi fizioterapiya, reabilitasiya, ilk yardım, funksional diaqnostika otaqları, günərzi qayğı mərkəzləri, konfrans, idman və musiqi zalları fəaliyyət göstərir.
Bu gün məktəbin müəllim və şagird kollektivi uşaq evini ziyarət etdi. 53№-li tam orta məktəbin direktoru Firəngiz Həsənova uşaq evində olan uşaqları salamladı.
Məktəb kollektivi uşaqlarla maraqlı və şən gün keçirdi.Gətirilən sovqat uşaqlara paylanıldı.