Ümumdünya QİÇS-lə mübarizə
1 dekabr ümumdünya QiÇS-lə mübarizə günüdür. Məktəbin konfrans zalında bu gün ilə bağlı tədbir keçirildi.Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova açdı. O, QİÇS-lə mübarizənin qeyd olunmasının əhəmiyyəti haqqında şagirdlərə məlumat verdi.Daha sonra məktəbin həkimi şagirdləri mövzu barədə maarifləndirdi və şagirdlərin suallarını cavablandırdı.