Konstitusiya Günü
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.
Bu gün məktəbin Konfrans zalında Konstitusiya günü münasibətilə "Dəyirmi masa" keçirildi. Tədbiri məktəbin direktor müavini Lalə Nəsirova açıq elan etdi.
Bu günün tarixi haqqında şagirdlərə məktəbin tarix müəllimi Şair Quliyev ətraflı məlumat verdi.
Sonda videoçarx nümayiş olundu.