Narkomaniyaya yox deyək!

     Bu gün 53№-li tam orta məktəbin akt zalında "Narkomaniya ümumbəşəri bəladır" və "Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti" mövzusunda tədbir keçirildi.Tədbirdə Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev, Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Şöbəsinin rəisi, polis polkovnik - leytenantı Qəhrəman Qələndərov, Yasamal Rayon Polis İdarəsinin Narkoriklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru Anar Süleymanov, Yasamal Rayon Polisİdarəsinin 28-ci Polis Bölməsinin rəisi, polis polkovnik - leytenantı Eldar Qazıbəyov, Yasamal Rayon Polis İdarəsinin digər əməkdaşları qonaq qismindəiştirak etdi. Tədbiri məktəbin direktoru Firəngiz Həsənova açıq elan edəndən sonra bəşəriyyətin bəlası olan narkomaniya haqqında şagirdlərə geniş məlumat verdi. Sonra söz qonaqlara verildi. Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev çıxış edərək "ağ ölüm" haqqında şagirdlərə məlumat verdi və bəşəriyyətin bəlası olan narkomaniyadan uzaq olmağı tövsiyə etdi. Sonra Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Şöbəsinin rəisi, polis polkovnik - leytenantı Qəhrəman Qələndərov çıxış etdi. O qeyd etdi ki, şagirdlər yol hərəkəti qaydalarına düzgün riayət etməlidir. Şagirdlərin sualları qonaqlar tərəfindən cavablandırıldı. Sonda "Narkomaniya ümumbəşəri bəladır" və "Yol hərəkəti qaydalarına məktəblilər tərəfindən riayət edilməsinin vəziyyəti" mövzusunda videoçarx nümayiş olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi