Cümhuriyyət tariximiz, qürurumuzdur.
“2018-ci ilin Azərbaycan Respublikasında Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər həyata keçirir.
Belə tədbirlərdən biri ənənəvi olaraq 53№-li tam orta məktəbdə də 17 sentyabr 2018-ci il tarixində gerçəkləşdi. Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bilik Fondunun birgə təşkilatçılığı ilə Fondun sektorlar qrupunun üzvü olan tanınmış ictimai xadimlər şagirdlərlə görüşdü. Onlar görüşdə Fondun "İlboyu bilik" proqramı çərçivəsində "Cümhuriyyət tariximiz qürurumuzdur" mövzusunda mühazirə ilə çıxış etdilər. Şagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında daha dolğun məlumat verdilər və şagirdlərin mövzu ilə bağlı verdikləri sualları cavablandırdılar.