Son zəng

   14 iyun 2018-ci il tarixində 53№-li məktəbdə "Son zəng" tədbiri keçirildi. Azərbaycan Respublikasının Dövlət Bayrağı "Koroğlu" uverturasının sədaları altında səhnəyə gətiriləndən sonra tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Nəsirova Lalə açıq elan etdi.Ardınca gurultulu alqış sədaları altında XIa, XIb, XIc, XIç, XIf və XIg sinifləri bayram şənliyinə qatıldılar. Məktəbin direktoru Firəngiz Həsənova onbirinciləri təbrik etdi, onlara uğurlar arzuladı.Sonra söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan Resursları sektorunun böyük məsləhətçisi Fikrət Süleymanov, Yasamal rayon İcraHakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlayi İradə xanıma verildi. Onlar da məzunları təbrik etdilər.  

  Onbirincilər bayram şənliyinə hazırladıqları təbrik, şeir, rəqs, mahnı tövhələrini qonaqlara nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi