Cəlil Məmmədquluzadənin Ev Muzeyinə ekskursiya
Bu gün məktəbin Uşaq Birliyi Rəhbəri Leyla Rəcəbova və şagird kollektivi Cəlil Məmmədquluzadənin Ev Muzeyinə ekskursiya təşkil olundu. Azəbaycan xalqının görkəmli oğlu, yazıçı, dramaturq, xalq müəllimi, ictimai xadim C.Məmmədquluzadənin ev-muzeyi onun 1922-1932-ci illərdə Bakıda yaşadığı mənzildə Azərbaycan hökumətinin müvafıq qərarı ilə 1978-ci ildə yaradılmışdır. Muzeyin ümumi sahəsi 185 kv.m-dir və beş zaldan ibarətdir. Bu otaqlarda C.Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən qiymətli və tarixi eksponatlar yerləşdirilir.