Əsrin faciəsi - 31 Mart Soyqırımı

      Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də ŞamaxıQubaXaçmazLənkəranHacıqabulSəlyanZəngəzurQarabağNaxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

    Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Bu gün 53№-li məktəbin şagirdləri "31 Mart Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş etiraz aksiyası keçirdilər. Əllərində "Əsrin faciəsi", "Şəhidlər ölmür" şüarları tutan şagirdlər şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. 

    Məktəbin tərbiyə işləri üzrə direktor müavini Lalə Nəsirova, tarix müəllimi Şair  Quliyev çıxış etdi. Tarixi faktların uzun illər gizlədildiyini, yalnız müstəqil dövlətimiz qurulduqdan sonra həqiqətin xalqa söyləndiyini bildirdilər. 

    Daha sonra VI sinif şagirdləri Cəbrayıl, Asiman, Ballı və Kənanın ifasında şeirlər səslənildi.

   "31 Mart Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş etiraz aksiyasında çox sayda valideyn iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi