Novruz bayramınız mübarək!
Yasamal istirahət parkında rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı qeyd edildi. Bayram şənliyində Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun ali, orta-ixtisas, orta ümumtəhsil, səhiyyə, mədəniyyət və digər idarə, müəssisə və təşkilatların kollektivləri, ictimai birliklərin nümayəndələri, eləcə də rayon sakinləri iştirak etdilər.
53№-li tam orta məktəbin müəllim və şagird kollektivi də Bayram şənliyində iştirak etdi.