“Məktəbliləri ruhlandıraq” layihəsi.

 Fevralın 9-da layihə qrupu məktəbimizi ziyarəti zamanı 7d və 7ç siniflərində oxuyan şagirdlərlə görüşüb kimya elmi və onun gündəlik həyatda oynadığı rol haqqında maraqlı müzakirələr apardı. 

Qəhvə adamı necə gümrah saxlayır, sabun çirki necə təmizləyir, doğranmış soğan  adamı necə ağladır, süd nə üçün turşuyur, oksigeni bədənin bütün toxumalarına hansı maddə çatdırır, ağrıkəsicilər ağrını necə kəsir, mumdan qayırılmış şamlar necə yanır və digər bu kimi maraq doğuran suallar asanlıqla uşaqların diqqətini cəlb etdi. Uşaqlar polimerlərin gülləkeçirməz jiletlərdə istifadə edilmək üçün kifayət qədər möhkəm olduqları, ətrafımızdakı bir çox əşyanın təbii və ya sintetik polimerlərdən hazırlanmış olduğu, ağ fosforun hava ilə sadəcə təmasa girdikdə belə alovlandığı, habelə planetdəki tullantı poliqonlarının sayını azaltmaq üçün polimerlərin bio-çürüyən olmalarının yəni, özü-özünə çürüyüb getmələrinin daha yaxşı olması barədə məlumat əldə etdilər. Sual-cavab zamanı şagirdlərimiz havanın, torpağın və oyuncaqların kimyəvi tərkibləri, habelə kimyəvi transformasiyaların arxasında hansı proseslərin dayandığına dair verilən suallara fəal surətdə cavab verdilər. Aparıcılar uşaqları yaxşı inkişaf etmək və Azərbaycanda elmin və sənayenin inkişafına öz töhfələrini vermək üçün bütün tədris fənlərini yaxşı mənimsəməyə dəvət etdilər. 

Kimyaya olan həvəslərini şagirdlərlə paylaşan məzunların iştirakı ilə keçirilmiş bu maraqlı tanışlıq haqqında bir xatirə olaraq təqdimatdan sonra çəkilən fotolarda uşaqlar çox xoşbəxt görünürdülər. 

Layihə qrupu bu tədbirin təşkilində göstərdikləri dəstəyə görə məktəbimizin direktoru Firəngiz Həsənovaya  və təşkilatçı müavin Lalə Nəsirovaya öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi