Xocalı soyqırımı qan yaddaşımızdır
Bu gün məktəbin akt zalında Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya təşkil olundu. Azərbaycan Respublikasının Dövlət Himni səslənəndən sonra Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra söz məktəbin direrektoru Firəngiz Həsənovaya verildi.O qeydetdi ki,
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.
Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.
Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir
487 nəfər yaralanmışdır, onlardan:
uşaqlar - 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
Şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya hər kəs tərəfindən diqqətlə izlənildi.
Məktəbin istedadlı şagirdlərinin Xocalı faciəsi qurbanlarının 26-cı ildönümünə aid çəkdikləri rəsmlər məktəbin foesində nümayiş olundu.
Allah Şəhidlərimizə rəhmət eləsin!