Ana dilim şirin dilim.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında, 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar “Ana dlim şirin dilim” adlı tədbir keçirildi. Tədbir çərçivəsində tanınmış dilçi alim, Əməkdar Elm Xadimi, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərovla Yasamal rayon 53№-li tam orta məktəbin müəllim və şagird kollektivinin görüşü olub. Tədbirin əsas məqsədi, ana dilimizi qorumaq,yaşatmaq, dilimizin gözəlliklərini, incəliklərini, saflığını, müqəddəsliyini, yeniyetmə və gənclərə çatdırmaq, onlara dilimizi sevdirməkdir. Tədbirdə, digэr qonaqlardan , uşaq ədəbiyyatı tədqiqatçısı filologiya üzrə fəlsəfə doktoru Fizuli Əsgərli, ədəbiyyat üzrə mütəxəssislər, pedaqoqlar və.s qonaqlar da iştirak edirdilər. Məktəbimizin dil-ədəbiyyat müəllimi S.Səidənin hazırladığıv şagirdlərin ifasında Ana dilimizə həsr olunmuş.şeirlər söyləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi